"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" yubiley medalı
From Wikipedia, the free encyclopedia
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.
Cəld faktlar Ölkə, Tip ...
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | Medal |
Status | Təqdim olunmur |
Statistika | |
Parametrlər | 100x40mm |
Təsis tarixi | 3 aprel 2018 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı[1] |
Aşağı mükafat | "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı[1] |
Bağla
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.